Bu qəzet təsadüfən Şəkidə qarşıma çıxdı. Muzeylərin birində Nuxa işçisi qəzetinin 1936-cı ilə aid bütün nömrələri səliqə ilə tikilmişdi. Şəkil çəkməyə icazə verilməsə də, bir-iki foto çəkə bildim.
Fotoda əks olunan məqalədə indiki dövr üçün çox adi görünən məsələdən danışılır. Məlum olub ki, Zəyzid kənd kitabxanasında qəzet yoxdur, radionu isə təmir etmirlər.
Latın qrafikasının ilk versiyası ilə dərc olunmuş xəbəri oxumaq bizcə heç kimə çətinlik yaratmaz.