13 yaşlı yeniyetmə "Tetris" oyununu tamamlayan ilk şəxs oldu
06 yanvar 2024 08:11 (UTC +04:00)

13 yaşlı yeniyetmə "Tetris" oyununu tamamlayan ilk şəxs oldu

Oklahomalı yeniyetmə Uillis Gibson tarixdə "Tetris" oyununun orijinal versiyasını tamamlayan ilk şəxs olub.

Lent.az-ın xəbərinə görə, "The New York Times" qəzeti yazır ki, 13 yaşlı Uillis Gibson "Nintendo" oyun konsolunda oyunun son səviyyəsinə və proqram məhdudiyyətləri səbəbindən oyunun 999999 balla "donması" nöqtəsinə çatıb. Yeniyetmənin nəşrə verdiyi müsahibədə əldə etdiyi nailiyyətdən inanılmaz dərəcədə sevindiyini bildirib: ""Tetris" oynamağa başlamaq asandır, amma mənimsəmək çətindir”. Uillis Gibson keçidinin videosunu internetdə yerləşdirib.

Qəzet qeyd edir ki, əvvəllər yalnız süni intellekt oyunun “donması” nöqtəsinə çata bilirdi. U.Gibson 2021-ci ildən rəqabətli səviyyədə oynayır.

Xatırladaq ki, "Tetris" 1984-cü ildə sovet proqramçısı Aleksey Pajitnov tərəfindən "Elektronika-60" kompüterində yaradılıb. İndiyədək "Tetris" milyonlarla insan tərəfindən portativ oyun konsollarında, internetdə və smartfonlarda oynanılır. Hələ 2007-ci ildə oyun ABŞ Konqresinin Kitabxanasına 10 ən əhəmiyyətli kompüter oyunu sırasına daxil edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4431
avatar

Oxşar yazılar