Nigeriyanın ən yaşlı sakinlərindən olan 102 yaşlı None Jozevina İzeanaçe 2023-cü ildə ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət televiziyasında açıqlama verən qadını fikirindən daşındıra bilməyiblər.
O, namizədliyinin zərurətdən irəli gəldiyini bildirib:
“Əgər gənc nəsil buna hazır deyilsə, ölkəmə kömək etməyi düşündüm. Bu üzdən namizədliyimi verdim”.
Qeyd edək ki, İseanaçe aktiv sosial həyat sürür. O, Nigeriyanın Yaşlı Vətəndaşlarının Səsi təşkilatına rəhbərlik edir. Nigeriyada və bütün Afrikada humanitar məsələlərlə məşğul olur.
Uzun müddətli ictimai fəaliyyətinə görə o, “Afrikanın Anası” ləqəbini qazanıb.