Aparıcı Zaur Kamalın aparıcılıq etdiyi "Həmin Zaur" verilişində gərgin anlar yaşanıb.
Lent.az xəbər verir ki, aparıcı verilişə gələn meyxanaçı Yaşar Qafanlıya "Neçə dostun mənə deyib ki, onu efirə çıxart. Bağırmısan ki, Zaurla efirə çıxım. Belə olmaz" sözlərini ünvanlayıb.
Onun bu sözləri isə meyxanaçının xoşuna gəlməyib: "Lazım olsa, hansı kanalı açarsan, məni görərsən. Camaat baxır, belə danışmaq lazım deyil. Pis çıxır. Sənə, əlbəttə, hörmətim var, efirində olaram. Amma belə demək olmaz. Ortaq dostlarım sənə deyib. 20 ildir ki, sənətdəyəm, camaat da məni tanıyır. Sənin danışığın düz deyil. Əzizlərim, dostlarım baxır, belə danışmaq olmaz. İstəyirsiz durub çıxım gedim. Sənin verilişin mənə lazım deyil".
Y.Qafanlı sözlərini dedikdən sonra efiri tərk edib, bir neçə dəqiqə sonra geri qayıdıb.