Bir neçə gün bundan öncə Rusiyaya beynəlxalq uçuşların təxirə salınması səbəbi ilə soydaşlarımızın ölkəyə qayıtmasında problem yaranıb.
Lent.az-ın məlumatına görə, bunlardan biri də müğənni Damladır.
Bu barədə ifaçı öz şəxsi “Instagram” səhifəsində paylaşım edib:
"Tarix yenə təkrarlanır. Biz yenə də Moskvada qaldıq. Yollar bu dəfə də bağlandı".
Xatırladaq ki, Damla iki il əvvəl pandemiyaya görə uçuşlar dayandırılanda da Rusiyada qalmışdı.