Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe 40 il əvvəlki şəklini paylaşıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə tez-tez nostalji paylaşımlar edən Tilbe bu yaxınlarda 18 yaşında ikən çəkdirdiyi fotosunu öz səhifəsində bölüşüb.
"Bu gözəllik kimdir?" qeyd ilə paylaşdığı foto pərəstişkarlarını həm güldürüb, həm də duyğulandırıb. Sənətçi təbii gözəlliyi ilə bir daha hər kəsi heyran qoyub.