"Yanımdakı bəy mənə hesabat verməli olacaq” - Xatun
18 mart 2024 13:23 (UTC +04:00)

"Yanımdakı bəy mənə hesabat verməli olacaq” - Xatun

Müğənni xatun qatıldığı teleproqramlardan birində maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o ikinci dəfə ailə qurmamasının səbəbini açıqlayıb.

“Xasiyyətimdə heqemonluq da var. Əgər yanımda bir bəy olacaqsa, o mənə hesabat verməli olacaq. Kişilər əslində mənim xasiyyətdə olurlar. Yazığım gələr yanımda olmaq istəyən o kişiyə”,-  müğənni bildirib.

“Ömrümü oğlum Adilə fəda etmişəm. Oğlum yanımda atasından başqa heç bir kişi görməyib. Mənim üçün atamın, qardaşımın və oğlumun mənə hörmət etməsi önəmli olub. İkinci dəfə evlənməmək mənim seçimimdir. Qardaşım Balaşa çox inanırdım. Çox əziyyətlərdən keçdim. Balaşdan başqa heç kim mənə kömək etməyib. Balaş məni güclü etdi və sonra bizi tərk etdi. Allah ona rəhmət eləsin”,- deyə o əlavə edib.
 

# 2910
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar