Xəyyam üçün toplanan 70 min manatın aqibəti  məlum oldu
03 dekabr 2024 12:52 (UTC +04:00)

Xəyyam üçün toplanan 70 min manatın aqibəti məlum oldu

Meyxanaçı Namiq Qaraçuxurlu ötən gecə dünyasını dəyişən həmkarı Xəyyam Əhmədlinin əməliyyatına dəstək olmaq istəyən şəxsdən danışıb.

Lent.az-ın məlumatına görə, Qaraçuxurlu bildirib ki, Xəyyamı Rusiyaya aparmağa hazırlaşsalar da, alınmayıb:

"Meyxanaçılar Xəyyam üçün 70 min manatdan çox pul toplamışdı. Amma onun əməliyyatını etdirmək istəyən şəxs dedi ki, bütün pulu özüm ödəyəcəyəm. Həmin şəxs onu Moskvada əməliyyat etdirmək istəyirdi. Xəyyam isə bildirdi ki, Belarusiyada həkim tapıb və oranı istəyir. Xərci çəkən adam da dedi ki, harada istəyirsiniz etdirin, mən məbləği ödəyəcəyəm. Hətta yol xərcini də öz üzərinə götürmüşdü. Düzdür, onun xarici ölkəyə aparılması riskli idi. Hələ bir il əvvəl Xəyyam reanimasiyaya yerləşdiriləndə həkimlər bildirmişdi ki, gedin dəfnə hazırlaşın. Onun bir il yaşaması möcüzə idi".

Namiq Qaraçuxurlu Xəyyam üçün meyxanaçıların topladığı məbləğin aqibətindən danışıb:

"Həmin məbləğ ailəsinə veriləcək. Onlar nə məsləhət bilərlər edərlər. Mən öz və Xəyyamın ailəsinin adından bütün meyxanaçılara, ona dəstək olanlara təşəkkür edirəm".

Qeyd edək ki, Xəyyam uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib./axşam.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106725

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53