Xuraman anasının ölümündən yazdı: “Sən məndən uzaqlaşdıqca, sənə yaxınlaşıram”
23 aprel 2014 12:45 (UTC +04:00)

Xuraman anasının ölümündən yazdı: “Sən məndən uzaqlaşdıqca, sənə yaxınlaşıram”

“Artıq 14 gündür ki, anamın nəfəsi qəlbimi, ruhumu isitmir. Lent.az-ın məlumatına görə, bu sözləri bir müddət öncə anasını itirən Xuraman Şuşalı deyib. O, sosial şəbəkədə anasının şəklini paylaşaraq, ana yoxluğuna bu cür şərh verib: “Hər anımda sən varsan, gözlərinə qurban olum, ana. Sənin üçün necə darıxıram?! Heç kəs səni əvəz edə bilməz. Allah sənə rəhmət eləsin. Sən məndən uzaqlaşdıqca, mən sənə yaxınlaşıram”.

 

Qeyd edək ki, X.Şuşalının anası Gülbəs xanım aprelin 10-da dünyasını dəyişib. O, Ağcəbədi rayonunda dəf olunub. Mərhumun 3-ü Ağcabədidə,  7-si isə bu yaxınlarda Bakıda qeyd olunub. Yas mərasiminə isə şou-biznesin bir çox tanınmış simaları Elnur Məmmədov, Nadir Qafarzadə, Fatimə Fətəliyeva (rəqqasə), Roza Zərgərli, Rəqsanə, tela-aparıcı Arzu Ümid, rejissor Aynurə Səmədova və başqaları da gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3058
avatar

Yalçın UĞUR

Oxşar yazılar