Xatirəni özündən çıxartdılar:<b> "Mən evdar qadınam və..."</b>
06 sentyabr 2014 10:36 (UTC +04:00)

Xatirəni özündən çıxartdılar: "Mən evdar qadınam və..."

 

 

Müğənni Xatirə İslam qəzəblənib. Lent.az-ın məlumatına görə, ifaçı “İnstagram” səhifəsində onu tənqid edənlərə sərt cavab verib: “Mən səviyyəsiz adamları öz dostluğumda görmək istəmirəm. Kimin xoşu gəlmirsə, məni dostluqdan silə bilər. Səhifəmi tərk etsin. Biri yazır, “makiyajınız pisdir”, digəri yazır “saçınız belədir”, “sən bu paltarı neçə dəfə geyinmisən”. Bax, bu cür fikirləri yazanlar bilsin, mən həm evdar qadın, həm də müğənniyəm. Vaxtım olmayıb gözəllik salonuna getməmişəm. Sözünüz var? Sizə nə lazımdı? Lazımdı ki, gecələr küçələrdə gəzib, gündə bir paltarda moda nümayiş etdirim? Mənlik deyil. Mən beləyəm, kimə xoş deyil, baxmasın”. İfaçının bu sözləri isə sosial şəbəkədə müzakirələrə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3155
avatar

Yalçın UĞUR

Oxşar yazılar