Sonuncu dəfə xalq artisti Aygün Kazımova ilə oxuyan Üzeyir Mehdizadənin yeni duet ortağı bəlli olub. Lent.az-ın məlumatına görə, o, bu dəfə türkmən müğənnisi Enya ilə “Yadımdadır” mahnısını ifa edib.
Mahnıya rejissor Rəhman Əliyev klip çəkib. Bu gün həmin klipin təqdimatı olub. Üzeyirin təqdimatına gələn əməkdar artist Səlim Abbasov, müğənnilərdən Emil Bədəlov, Rüfət Axundov, meyxanaçı Elşən Xəzər, reper Anar Nağılbaz və digər sənətçi dostları onu təbrik edərək sənət uğurları arzulayıblar.
Onu da əlavə edək ki, təşkilatçı Samir Xəttabın təşkilatçılığı ilə baş tutan gecənin aparıcısı Ramin İbrahimov idi.
Qeyd edək ki, Ü.Mehdizadə A.Kazımova ilə “Qoy bütün aləm bizdən danışsın” mahnısını ifa etmişdi.