Ürəyindən əməliyyat olunan azərbaycanlı müğənni qayıdır
17 fevral 2015 10:24 (UTC +04:00)

Ürəyindən əməliyyat olunan azərbaycanlı müğənni qayıdır

Səhhətində yaranan problemlərə görə sənətdən uzaq düşən müğənni Mirkamil Kamilov yenidən yaradıcılıq işlərinə başlayıb. Lent.az-ın məlumatına görə, ürək əməliyyatı keçirən ifaçı bəstəkar Emil Şahinlə əməkdaşlığa başlayıb. Belə ki, M.Kamilov bundan sonra E.Şahinin yeni yaratdığı prodakşınla çalışacaq.

 

Bəstəkar E.Şahin Lent.az-a bildirib ki, onunla əməkdaşlığa başlayan M.Kamilov tamamilə dəyişəcək: “Mirkamilin təqdimatında heç vaxt görmədiyimiz yeni bir layihələr həyata keçiriləcək. Tam başqa bir abu-hava, gözəl zövq, gözəl mahnılar, yüksək keyfiyyətli aranjemanlar həyata keçiriləcək. Düşünürəm ki, onunla işbirliyimiz çox yaxşı alınacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar