Rəqsanə İsmayılova və Türkiyənin tanınmış müğənnisi Tuğba Ekinçi birgə ifa etdikləri “İnanımmı?” mahnısını mediaya təqdim ediblər. Lent.az-ın məlumatına görə, özəl məkanların birində gerçəkləşən ziyafətdə duetlərini oxuduqdan sonra onlar bu barədə danışıblar. İlk olaraq türkiyəli Tuğba Ekinçi Rəqsanə ilə olan işbirliyindən söz açıb:
“Bu gün sizə bir sirr açmaq istəyirəm, bəlkə də bir çoxlarınız bilmirsiniz. Əslən azərbaycanlıyam, ata tərəfim gəncəlidir. Məni burada çox yaxşı qarşıladınız. Bundan sonra tez-tez Bakıya gələcəyimi düşünürəm. Bir müddət öncə Türkiyə televiziya proqramlarının birində problemlər yaşandı. Mediada çox müzakirə olundum. Bu söz-söhbətlərdən kənara çıxmaq istədim, ağlıma ilk olaraq doğma yurdum gəldi. Bakıda olduğuma görə sevincliyəm. O ki qaldı Rəqsanə ilə olan duetimə, çoxdan istəyirdim ki, Azərbaycan mahnısı oxuyum. Bu həm də atamın arzusu idi. Hələ Rəqsanənin ifasında olan mahnıları çox ifa edəcəm, işbirliyimiz uğurlu olacaq”.
Sonra Rəqsanə öz fikirlərini bildirib: “Tuğbanın çox gözəl xarekteri var. Demək olar ki, heç kaprizləri yoxdur.“Əkizlər” bürcündən olduğumuza görə bizim düşüncələrimiz birdir. Bu işimiz başlanğıcdır, hələ bir neçə mahnımı da Tuğba oxuyacaq”.