Toliklə Nətavanın məhkəməsi oldu - <span style="color:red;">25 min manatdan imtina
12 sentyabr 2014 18:38 (UTC +04:00)

Toliklə Nətavanın məhkəməsi oldu - 25 min manatdan imtina

Xətai rayon məhkəməsində müğənni Nətavan Həbibinin prodüser Tarix Əliyevə qarşı qaldırdığı iddiası üzrə məhkəmə prosesi baş tutub. Bunu Lent.az-a prodüser T.Əliyevin hüquqlarını müdafiə edən vəkil Rövşən Mərəndski bildirib. Onun dediyinə görə, hakim Səadət Səlimovanın sədrliyi ilə keçirilən prosesdə N.Həbibi T.Əliyevdən tələb etdiyi 25 min manatlıq təzminatdan imtina edib: “Bildiyiniz kimi Nətəvan Həbibova Tarixə Əliyevə qarşı iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edib. O, Tolikdən təzminat kimi 25 min manat istəyirdi.Bu gün keçirilən prosesdə Nətavanın nümayəndəsi maddi təzminat tutulmasından imtina etdi. Nətavanın tələbi odur ki, Tolik üzr istəsin. Düşünürəm ki, Tolik üzr istəməz. Qərardan sonra qarşı tərəfin şikayət hüququ var. Amma hələ bilinmir ki, qərar necə olacaq”.

 

 

Prodüserin vəkili R. Mərəndskiy bildirib ki, növbəti proses sentyabrın 18-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4879
avatar

Yalçın UĞUR

Oxşar yazılar