Qalmaqallı açıqlamaları ilə tanınan prodüser Tolik (Tarix Əliyev) müğənni Natavanın onu məhkəməyə verməsinə münasibət bildirib. Lent.az-a açıqlama verən prodüser deyib ki, Natavandan danışmaq istəmir: “Məni məhkəməyə verib? Versin də... Ona cavab verim? Mən kiminsə açıqlamasına cavab verib, reklam etmək istəmirəm. Özümə söz vermişəm ki, pulsuz kimisə reklam etməyəcəm. Adımı çəkən şəxslərin reklama ehtiyacları var. Pulumu ödəsinlər, atmacalarına cavab verim. Amma belə onlara cavab verəcək vaxtım yoxdur. Hazırda Nabrana Aygün Kazımovanın möhtəşəm konsertinə hazırlaşıram. Ona görə də başqa neqativ mövzulara zamanım yoxdur”.
Qeyd edək ki, N.Həbibi prodüser Tolikdən savayı, xalq artisti Aygün Kazımova, rejissor Zorik (Zöhrab Ağayev) barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Adı çəkilən şəxslər Natavanın erməni əsilli olduğunu iddia ediblər.