Dekabrın3-də müğənni Bahar Lətifqızı paytaxt restoranlarının birində qızı Sevginin doğum gününü qeyd edib. Lent.az xəbər verir ki, müğənni qızının xoş gününə bir çox şou nümayəndələrini dəvət etmişdi. Gecədə xalq artistlərindən Nazpəri Dostəliyeva, Mələykə Əsədova, müğənnilərdən Mətanət Əsədova, Mənzurə Musayeva, Nadir Qafarzadə, Samir Piriyev, Xatun, Manaf Ağayev, Xatirə İslam, Elnarə Abdullayeva, Sahib İbrahimov, Rüfət Axundov, Valeh İsrafilov, Ramal İsrafilov, rəqassə Fatimə, teleaparıcı Zaur Kamal və digər məşhurlar görmək olardı.
B.Lətfqızı qızının xoş günü barədə öz təəssüratlarını Lent.az-la bölüşdü: “Çox sevinirəm ki, bu gün qızımın ad gününə şounun bir çox nümayəndəsi gəldi. Dəvət olunanların hər biri mənim dostumdur. Allahıma çox şükür edirəm ki, bu günləri mənə nəsib edir. Qızımla bağlı arzularım çoxdur. Allahın köməyi ilə onun xoş günlərini görərəm”.
Xatırladaq ki, maraqlı məqamlarla yadda qalan ad günündə şou əhli Baharın qızı Sevgiyə aldıqları hədiyyələri təqdim edib. Ən yadda qalan hədiyyə isə Mətanət Əsədovanın verdiyi zinət əşyası olub.