Tanınmış italyan müğənnisi İnqrid sentyabrın 6-da Azərbaycanda konsert verəcək. Lent.az-ın məlumatına görə, məşhur müğənni konsert zamanı gənc azərbaycanlı ifaçı Vaqif Nağıyevlə "Ümid yağışı" adlı mahnını da duet şəkildə ifa edəcək. Bildirilir ki, V.Nağıyev tanınmış müğənnini "Qolos Ukrayna" musiqi yarışmasdakı çıxışı ilə heyran qoyub.
Məlumat üçün bildirək ki, ARAF-ın təşkilatçılığı ilə sentyabrın 5-dən 7-dək Bakıda polo üzrə II Dünya kuboku keçiriləcək. Sentyabrın 6-da isə dünyaca məşhur İnqrid və “I Love İtaly” qruplarının konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, "Ümid yağışı" mahnısının sözləri Gövhər Həsənzadəyə, musiqisi Alxanlıya, aranjemanı isə Yaşar Baxışa məxsusdur.