“Xeyli müddət idi ki, Samir Bağırovla küsülü idik. Artıq bir neçə gün olar ki, onunla barışdıq”. Bu sözləri Lent.az-a qeyri-adi geyimləri, qalmaqallı açıqlamaları ilə tanınan stilist Samiraldo (Samir Əliyev) deyib. Samiraldo açıqlamasında bildirib ki, S.Bağırovun şou-biznesdə ondan başqa heç kimlə dostluq etmir: “ Bu şou-biznes çox qəliz bir məkandır. Buradan baş çıxartmaq hər adamın işi deyil. Bu aləmdə dost tapmaq çətindir. Tapdınsa, gərək itirməyəsən. Uzun illər dostluq etdiyim Samir Bağırov məndən incimişdi. Düzünü deyim mən də bir az incimişdim. Bir-birimizə zəng də etmirdik. Amma bu yaxında elə oldu ki, barışdıq. Dünən də bir yerdə idik. Mən onun xətrini, o mənim xətrimi çox istəyir. Bizim aramızı vuranlar isə hər zaman bir kənarda qalıb. Biz artıq yenidən bir arada olacağıq”.
Qeyd edək ki, Samiraldo ilə S.Bağırovun bir-biri ilə küsməsinə səbəb, Samiraldonun həyatından bəhs edən “Samir” romanında müəllif Əhməd Şahidovun Samiraldonun həmcinsləri ilə S.Bağırovun bağ evində intim əlaqədə olduğunu yazması idi.