Şou-aləmində növbəti barışıq olub. Lent.az-ın məlumatına görə, 6 ilə yaxın aralarında soyuq münasibət olan Roza Zərgərli və Samir Piriyev barışıblar. Hazırda “Möhtəşəm maşın” şouda iştirak edən sənətçilər artıq oyunu dost olaraq davam etdirirlər.
Qeyd edək ki, adı çəkilən yarışmanın dünənki efirində “kimdən üzr istəyərdiniz” sualına, Samir "İllər öncə Roza xanımın qəlbinə dəymişəm, barışmaq istəyərdim” deyib.