Sevinc və Sevil “De, hardasan?” deyib, göz yaşı tökdülər
18 iyun 2014 12:23 (UTC +04:00)

Sevinc və Sevil “De, hardasan?” deyib, göz yaşı tökdülər

Müğənni Sevil və Sevinc əkiz bacıları yaradıcılıqlarındakı yeniliklərini ilə əlaqədar təqdimat mərasimi keçiriblər. Lent.az-ın məlumatına görə, əkiz bacıların media nümayəndələri ilə görüşməsinə səbəb “De, hardasan?” adlı mahnılarına klip çəkdirmələridir. Söz və musiqisi Elvin Muxtarlıya məxsus olan mahnıya rejissor İlham Yaşaroğlu ekran həyatı verib. Ekran işində göz yaşı tökən bacıların klipdə tərəf müqabili yoxdur.

                                                  

Kliplərini təqdim edən bacılar təəssüratlarını Lent.az-la bölüşüblər: “Nəhayət, yeni klipimizi təqdim etdik. Lirik janrda olan mahnını xeyli müddət idi ki, ifa etmişdik. Bu bəstə sevildiyinə görə düşündük ki, klip çəkdirək. Düşünürük ki, klip pis alınmayıb. Ekran işinə o qədər də maliyyə sərf olunmayıb. Amma klipin seviləcəyinə əminik”.

 

Qeyd edək ki, klipin operatoru Röyal Quliyev, prodüserləri Nigar Murad, Mehri Aliquliyevadır.
 

 

Sevinc və Sevil bacılarının “De, hardasan?” klipini təqdim edirik.  

 

 

 

# 3013
avatar

Yalçın UĞUR

Oxşar yazılar