Bu gün əməkdar artist Sevda Ələkbərzadənin rəsmi nikahı olub.
Lent.az-ın məlumatına görə, bu barədə S.Ələkbərzadənin bacısı Emma Ələkbərzadə məlumat verib: “Bu gün mənim gözümün nuru, çox sevdiyim bacım Sevdanın rəsmi nikahı oldu. Allah sizi xoşbəxt eləsin, oğullu qızlı eləsin, canınız salamat olsun, heç vaxt dərd kədər görməyəsiniz. Can deyib can eşidəsiniz”
Qeyd edək ki, Cənubi Azərbaycandan olan iş adamı ilə ailə qurmağa hazırlaşan S.Ələkbərzadənin toy günündə müəyyənləşib. Belə ki, cütlüyün toyu mayın 24-də paytaxt otellərinin birində gerçəkləşəcək.