Ruhi Əliyeva qalmaqal salanlardan danışdı
14 yanvar 2014 17:49 (UTC +04:00)

Ruhi Əliyeva qalmaqal salanlardan danışdı

“Biznes-ledi” kimi tanınan Ruhi Əliyeva Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. O, Lent.az-a bildirib ki, “ATV”  ilə birgə gerçəkləşdirdiyi “Özünə bax-2” zövq yarışması haqda çox söz-söhbət yayılıb: “Bir müddət öncə ən dəblə geyinən xanımlarımızı müəyyən etdik. Bu isə bizə o qədər də asan başa gəlmədi. Çünki biz on altı iştirakçı xanımı aylar öncə seçib, finala vəsiqə qazandırdıq. Finalda isə bizim verdiyimiz səslərdən çox, tamaşaçıların smslə göndərdiyi səs önəm daşıdı. Nəticə açıqlanandan sonra isə iştirakçılar arasında mübahisələr, müzakirələr fərziyyələr oldu. Onlara isə mən tövsiyə etdim ki, siz gərək vaxtında dostlarınızın səslərinə, səslərinə arxalanmayaydınız. Nəticə belə oldu. İştirakçı Sevinc Bayramova birinci yerə çıxdı. Sevincin birinci yeri qazanması isə ədalətli nəticə idi. Çünki zövqlü xanım deyərkən,  xanımın oturuşu, duruşu, ədəb-ərkanı əsas rol oynayır. Bütün bu xüsusiyyətlər bu xanımda olduğuna və smslərin çoxluğuna görə Sevinc Bayramova ilk yerin sahibi oldu.

 

 

R.Əliyeva daha sonra bildirib ki, fevralın 3-də “Özünə bax-3” yarışmasına strat verəcəklər: “İlk əvvəl bu barədə açıqlama vermək niyyətində deyildim. Amma açıqlayası oldum. Gələn aydan etibarən “ATV” ilə yenidən “Özünə bax” yarışmasına start verəcəyik. Bu üçüncü mövsüm olacaq. Bu həyata keçirəcəyimiz layihə digərlərindən fərqlənəcək. “Özünə bax-3” yarışmasında həm zövqlü xanım, həm də zövqlü oğlan müəyyən olunacaq. Bu dəfə birinci yerin qalibinə qiyməti otuz min manatlıq zinət əşyası ilə bəzədilmiş “Tac”, ikinci yerin sahibinə isə maşın veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3048
avatar

Yalçın UĞUR

Oxşar yazılar