Türkiyənin tanınmış modelyerləri Hakan Akkaya və İvanna Sərt sabah Bakıya gələcəklər. Lent.az-ın məlumatına görə, modelyerlər biznes-ledi Ruhi Əliyevanın təşkil etdiyi “Özünə Bax-2” yarışmasının final gecəsində iştirak edəcəklər.
Müəllifi olduğu layihə üçün tanınmışları paytaxtımıza dəvət edən R.Əliyeva bildirib ki, sabah 16 nəfər iştirakçı arasında 1-ci yeri qazanan ən yaraşıqlı, dəbli xanıma Xırdalan şəhərində yerləşən yaşayış kompleksində 1 otaqlı mənzil veriləcək. 2-ci yerin sahibinə qiyməti 20 000 dəyərində olan brilliant və zümrüdlərlə bəzədilmiş zinət əşyası, 3-cü yerin qalibi isə İtaliyaya səyahət edəcək.