“Möhtəşəm maşın” şousunun keçmiş iştirakçıları Roza Zərgərli və “Tı kto takoy, dovay dosvidaniya” meyxanasının müəlliflərindən olan İntiqam Rüstəmov bir araya gəliblər. Lent.az-ın məlumatına görə, şouda bir- birinə rəqib olan iştirakçılar “Darıxma” mahnısını oxuyublar.
Məlumat üçün bildirək ki, mahnının sözləri meyxanaçının özünə məxsusdur. Yaxınlarda mahnıya klip də çəkiləcək.
Qeyd edək ki, cütlük dueti bu axşam “Möhtəşəm maşın” şousunda təqdim edəcəklər.