Müğənni Nadir Qafarzadə həmkarı Röya Ayxanla bir araya gəlib. Lent.az-ın məlumatına görə, paytaxt məkanlarının birində iştirak edən məşhurların səmimi görüntüləri diqqətdən yayınmayıb. Sevilən mahnılarını bir-birinin ardına düzən ifaçıların fotoları sosial şəbəkədə yayılıb.
N.Qafarzadə çıxışından sonra Lent.az-a yaradıcılıq işlərindən də danışıb: “Daim yaradıcılığımda yeniliklər etmək istəmişəm. Sənətçi daim yenilikləri ilə sevənlərinin qarşısına çıxmalıdır. Bu yaxınlarda Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin repertuarından olan “Haydi söylə” adlı mahnısını oxudum. Düşünürəm ki, bu bəstə dinləyicilərin xoşuna gəlib. Bu da son deyil. Daha bir türk bəstəsini 6-8 ritmdə ifa etmişəm. “Sarışınım” adlı mahnının aranjeman işləri gedir. Hazır olduqdan sonra təqdim edəcəm. Bundan əlavə, mənə qarşı səhv edən, çaşan insanlar üçün də mahnı yazdıracam. İnanıram ki, bu mahnı Azərbaycanda çox seviləcək”.