Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun bir çoxlarını təəccübləndirib. Lent.az-ın məlumatına görə, A.İsmayılova türkiyəli müğənni Ozan Koçerin aşiq olduğunu deyərək, onunla telefon daşığından sonra bu sözləri yazıb: “Səninlə danışdığım an dünya mənim oldu. Çox şanslıyam. Özümü saxlaya bilməyib ağladım”.
A.İsmayılova bununla da kifayətlənməyərək türkiyəli məşhurun adını qoluna yazdırıb. Daha sonra onun səhifəsində Ozana tənqidi mesajlar yazanlara səslənib: “Mənim səhifəmdə sevdiyim müğənnini pisləməyin. Mən Ozanı çox sevirəm. Məni çox istəyirsinizsə, artıq-əskik heç nə yazmayın”.