Rəqsanənin ərə getməyə hazırlaşan qızından pozalar
01 iyul 2014 12:33 (UTC +04:00)

Rəqsanənin ərə getməyə hazırlaşan qızından pozalar

Ötən gün Yaşıl Teatrda müğənni Rəqsanə İsmayılovanın ilk solo konsertində geyindiyi libaslar və bir sıra təşkilatı işlər qızı Aysun İsmayılovaya məxsusdur. Bu barədə Lent.az-a Rəqsanənin özü bildirib. “Konsertdə geyindiyim geyimlərin müəllifi qızım Aysundur. Hər zaman onun ideyası ilə olan geyimlərə müraciət edirəm. Konsertə bir çox müğənniləri də o çağırmışdı. Çünki mən Bakıda yox idim. Konsert keçirilən gün paytaxta gəldim. Düşünürəm ki, pis konsert olmadı”.

 

Konsertdən sonra Aysun Lent.az-ın foto-kameraları önünə keçərək fərqli pozlar verib.

 

Qeyd edək ki, Aysun Moskva  Kooperasiya Texnikumunda təhsil alır. O, nişanlıdır, ailə qurmağa hazırlaşır.

 

(Fotolar müəllifindir)

# 8958
avatar

Yalçın UĞUR

Oxşar yazılar