Rəqsanə süni mayalanma məsələsinə aydınlıq gətirdi
16 sentyabr 2014 17:42 (UTC +04:00)

Rəqsanə süni mayalanma məsələsinə aydınlıq gətirdi

 

Müğənni Rəqsanə İsmayılova süni mayalanma yolu ilə növbəti dəfə ana olmağa hazırlaşdığı barədə xəbərə münasibət bildirib. Lent.az-a açıqlama verən ifaçı barəsində deyilənlərə bu cür şərh verib: “Səhərdən telefonlarım susmur. Bir çoxları zəng edib, süni yolla ana olmağa hazırlaşdığımı soruşurlar. Bu məsələyə ilk və son dəfə aydınlıq gətirirəm. Mən süni mayalanma ilə ana olmağa hazırlaşmıram. Heç bir işimi mediadan gizli saxlamamışam. Əgər belə bir şey olsa, açıqlayardım. Süni yolla heç vaxt övlad dünyaya gətirmərəm. Məlumatlarda bildirilir ki, guya mən indi Türkiyədə xəstəxanadayam. Amma mən hazırda Moskvadan Bakıya uçuram.  Bu qədər yalan olmaz. Hətta bu xəbərə görə, qızım Aysuna da zəng ediblər. Hansı ixtiyarla? Mən qadağan edirəm, qızımı narahat etməsinlər.

 

 

Qeyd edək ki, müğənni R,İsmayılovanın Aysun və Yağmur adında qızı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2654
avatar

Yalçın UĞUR

Oxşar yazılar