Rəqsanə Ayanın elə bir sirrini açdı ki...
28 yanvar 2014 11:10 (UTC +04:00)

Rəqsanə Ayanın elə bir sirrini açdı ki...

Ana olmağa hazırlaşacağı xəbərini mediadan gizlətməyə çalışan müğənni Ayan Babakişiyevanın bu istəyi çox çəkməyib. Lent.az-ın məlumatına görə, xalq artisti Aygün Kazımovanın ad gününə qatılan Ayanın həmkarı Rəqsanə İsamyılova ilə çəkdirdiyi şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

 

Belə ki, Rəqsanə Ayanla çəkdirdiyi şəkli “İnsatagram” səhifəsinə yerləşdirərək, fotonun altından bu sözləri yazıb:  “Mən uşaqları o qədər çox sevirəm ki, özümü tuta bilmədim. Ayanın bəbəşini birinci mən maç-maç etdim. Allah kömək olsun, inşallah sağ-salamat dünyaya gəlsin. Hər ikinizi Allah qorusun”.

 

 

Qeyd edək ki, bir qədər əvvəl  A.Babakişiyeva mətbuata açıqlamasında ana olmağa hazırlaşdığı xəbərinin yalan olduğunu söyləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3528
avatar

Yalçın UĞUR

Oxşar yazılar