Rəmiş: “...zəng edib, oturtmuşam yerində”
18 dekabr 2013 18:11 (UTC +04:00)

Rəmiş: “...zəng edib, oturtmuşam yerində”

“Mən bu şou-biznes aləmindən heç baş çıxarda bilmirəm. Son zamanlar isə qalmaqallar artıb. Mənə çatmayan odur ki, nəyi bölüşdürə bilmirlər?”.

 

Bu sözləri Lent.az-a gitara ifaçısı Rəmiş deyib. Gitaraçı şou aləmində heç kimdən çəkinmədiyini bildirdi: “Heç kimdən çəkinmirəm. Kimə sözüm olubsa, efir vasitəsi ilə deməmişəm, zəng edib, oturtmuşam yerində. Məndən fərqli olaraq, əksəriyyəti sözünü efir vasitəsi ilə deyir. Bu da xoş olmayan haldır. Maraqlısı da odur ki, indi yaşı çox olan sənətçilər qalmaqal edir. Gənclər onlara baxıb nə götürsün? Mənim sözüm bütün yaşlı sənətçilərə aid deyil. Yaxşı sənətçilərimiz də yetərincədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1945
avatar

Yalçın UĞUR

Oxşar yazılar