Qayınatası İradə İbrahimovaya nə alıb?
03 aprel 2014 14:01 (UTC +04:00)

Qayınatası İradə İbrahimovaya nə alıb?

Bu gün müğənni İradə İbrahimovanın ad günüdür. Hazırda Türkiyədə olan müğənni Lent.az-a bildirib ki, ad gününü istirahət mərkəzlərindən birində qeyd edəcək: “Bu axşam ailə üzvlərimiz, dostlarla bir məkana yığışacağıq. Ən önəmlisi isə bu ad günümdə bacım Nigar yanımdadır. İlk təbriki bacımdan, həyat yoldaşım Ceyhundan aldım. Hədiyyələrim də oldu. Ən maraqlı hədiyyəni qayınatam verdi - antik qramofon. Mənim üçün çox dəyərli hədiyyədir. Şükür edirəm ki, bu yaşımı görməyi mənə nəsib edir. Tanrımdan sevdiklərimlə, əzizlərimlə, dostlarımla daha çox ad günləri keçirməyi nəsib etməsini diləyirəm. Övladım dünyaya gələndən həyatın daha şirin olduğunu bir daha gördüm”. 

 

 

Qeyd edək ki, İ.İbrahimova 1980 ci il aprelin 3 dünyaya gəlib. Bakıda keçirilən "Ümid- 95" müsabiqənin qalibi olub. 2001-ci ildə peşəkar səhnədədir. 2009-ci ildən Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub və İpək adında bir qızları var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4858
avatar

Yalçın UĞUR

Oxşar yazılar