Meyxanaçı Namiq Qaraçuxurlu ALS xəstəliyindən əziyyət çəkən insanların hesabına pul köçürəcək. Lent.az-ın məlumatına görə, bu barədə o “İnstagram” səhifəsində bildirib. N.Qaraçuxurlu yazıb ki, bir çox şou-biznes əhli kimi başına buzlu su tökmək niyyətində deyil: “Bildiyimiz kimi bir çox dostlarım Ebola (ALS xəstələrin nəzərdə tutur) qızdırmasına qarşı keçirilən aksiyada mənə meydan oxuyublar. İndi mən başıma ya buzlu su tökməliyəm, ya da pul ödəməliyəm. Mən ikinci variantı seçdim. Amma pulu hara, necə ödəyəcəyimi bilmirəm. Əgər hesab nömrəsini bilən varsa, lütfən yazın. Yardımçı olmuş olarsınız. Öncədən təşəkkür. Allah bəşəriyyəti dərd-bəladan uzaq etsin, inşallah”.
Qeyd edək ki, bu aksiyada məqsəd ALS xəstəliyindən əziyyət çəkən insanlara yardım etməkdir. Belə ki, aksiyada adı çəkilən şəxslər ya 24 saat ərzində başına buzlu su tökməli, ya da 100 dollar ödəməlidir.