“Qeyrətsiz qeyrətdən, ailəsi olmayan da ailədən danışır”. Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə “Günəbaxan” verilişində deyib. O, bəzi şou nümayəndələrini “ağ yuyub, qara sərib”: ”Şou aləmində hər cür insanlara rast gəlmək olar. Bəzən telekanallar da məhz qeyrəti olmayanı qeyrətdən danışmağa çağırırlar. Həmin adam da camaata dərs keçir. Əri olmayanı çağırırlar, ailədən danışır. Uşağı olmayan da uşaq dərsi keçir. Ay başınıza dönüm, imkan verin, yerimizdə oturaq. Adama demək lazımdı ki, get otur evində, bozbaşını bişir. Sən bizə, ümumiyyətlə Azərbaycan xalqına ailədən, qeyrətdən dərs keçmə. Çünki sənin leksikonunda ailə, qeyrət, namus sözü yoxdur. Gecə saat 2-də ya da 3-də evinə gələn qadın hansı ailədən danışa bilər? Bəsdirin artıq, camaat bezib...”
N.Qafarzadə daha sonra bildirib ki, onu ailə qalmaqalları ilə gündəmdə qalan bəzi şou əhli ilə səhv salmasınlar: “Mən ailə qalmaqalımla şou-biznesdə gündəmdə olmamışam. Olmayacam da. Bilirsiniz, mən ailə quranda heç şou-biznes yox idi. 1993-ci il idi. Müharibə gedirdi. Allaha çox şükür ki, bu gün də həmin ailə var. Onu dağıtmaq mümkün deyil. İstəyir yüz dənə şou-biznes gəlsə belə. Mən sənətimdən imtina edərəm, amma ailəmdən yox"