Nadir Qafarzadə: <b>"Söz-söhbət olacaq..."</b>
09 oktyabr 2014 13:59 (UTC +04:00)

Nadir Qafarzadə: "Söz-söhbət olacaq..."

Qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə tanınan müğənni Nadir Qafarzadə sözləri Altay Yaşara, musiqisi və aranjemanı Fərid Kərimliyə məxsus “Axşamlar” adlı bəstəni lentə aldırıb.  Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yeni ifa etdiyi bu mahnı seviləcək: “Daim yeniliklərlə sevənlərimin qarşısına çıxıram. Kiminsə bostanına daş atıb, qalmaqalla gündəmdə qalanlardan deyiləm. Mahnılarımla sözümü deyirəm. Bəlkə də bu sözlərim kiminsə xoşuna gəlməyə bilər. Amma bu reallıqdır. İndi də yeni “Axşamlar” adlı mahnı lentə aldırmışam. Bu mahnım da söz-söhbətlərə səbəb olacaq. Amma müzakirələr normaldır. Demək ki, mən iş görürəm. Mahnılarım yadda qalır”.

 

 

N.Qafarzadənin ifasında  “Axşamlar” adlı mahnını təqdim edirik. 

# 1095
avatar

Yalçın UĞUR

Oxşar yazılar