Nadir Qafarzadə kazinoda görüntüləndi
04 iyul 2014 10:28 (UTC +04:00)

Nadir Qafarzadə kazinoda görüntüləndi

Müğənni Nadir Qafarzadə iyulun 6-da Yaşıl Teatrda xanımına həsr etdiyi “Həyatımsan ömrüm qədər” adlı konserti öncəsi media nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, tədbir iki hissəli baş tutub. Konfransının ilk hissəsində tədbirin səbəbkarı özü çıxış edərək, iyulun 6-da verəcəyi konsertdən danışıb: “Bura təşrif buyuran jurnalist dostlarımın hər birinə ayrı ayrılıqda təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, iyulun 6-da Yaşıl Teatrda xanımım üçün oxuyacam. Gecədə 23 mahnı ifa edəcəm. Açığı, xanımıma söyləyəndə ki, sənə konsert həsr edəcəyəm, o, birinci buna qarşı çıxdı. Razı olmadı. Daha sonra razılığa gələ bildik. Əslində yoldaşımla mən fərqli insanıq. Mən bir az şıltaq, o isə daha ciddi. Ailədə ciddi ata və həyat yoldaşıyam. Səhnədə isə başqa biriyəm. Konsertimdə xanımıma sürpriz edəcəyəm. Həmin sürprizin nədən ibarət olduğunu isə iyulun 6-da hər kəs görəcək”, - deyən ifaçı tədbirin ikinci hissəsinə start verib.

N. Qafarzadə tədbirin ikinci hissəsində Gürcüstanda çəkdirdiyi “Göndər” adlı klipindən danışıb: “Bu gün növbəti klipimi təqdim edirəm. Bu ekran əsərində tərəf müqabilim Gürcüstanı dünya gözəllik yarışmasında təmsil edən, 2012-ci ilin Gürcüstan gözəli Tamara Şedaniya idi. Klipin sözlərinin müəllifi Altay Yaşarın və rejissor Elnur Eliyevin əməyini də yüksək qiymətləndirirəm. Klip Gürcüstan paytaxtının ən gözəl məkanlarında lentə alınıb. Bu klipdə hətta mənim kazinoda olarkən görüntülərim də yer alıb. Düşünürəm ki, fərqli klip ərsəyə gəldi”.

Onu da əlavə edək ki, N. Qafarzadənin “Göndər” adlı klipində çalışan heyət bunlardır: Rejissor Elnur Əliyev, operator Givi Magradze, prodüser Altay Yaşar, Ruslan Əliyev menecer Rövşən Əskərov, rəssam Mehriban Əfəndiyeva, qrim Romeo Guledani, stilist Zaur, rəqqas və rəqqasələr Maqda İlluridze, Esma Məmmədova, Barmen Qvansa Sitsividze, Umman Sadıqov və başqaları.

 

Qeyd edək ki, təqdimatda müğənni Sənan Əliyev və Zarina Məmmədova, prodüser Təranə Məmmədova da iştirak edirdi.

 

# 2457
avatar

Yalçın UĞUR

Oxşar yazılar