Nadir Qafarzadə iyulun 3-də jurnalistlərlə görüşəcək
01 iyul 2014 15:24 (UTC +04:00)

Nadir Qafarzadə iyulun 3-də jurnalistlərlə görüşəcək

Sou-biznesdə layihələri və açıqlamaları ilə daim gündəmdə olan müğənni Nadir Qafarzadədən xəbər var. Lent.az-a açıqlama verən müğənni bildirib ki, iyulun 6-da Yaşıl Teatrda xanımına həsr etdiyi “Həyatımsan ömrüm qədər” adlı konsertindən qabaq media nümayəndələri ilə görüşəcək: “İyulun 3-də paytaxt restoranlarının birində media nümayəndələri ilə görüş keçirəcəyəm.  Konsert verəcəyim gün yalnız öz mahnılarımı oxuyacam. Yəni həmin gün media nümayəndələrinin suallarını cavablandırmayacam. Çünki səhnəyə çıxana qədər enerjimi itirmiş oluram. Məhz bunu nəzərə alıb, dəyərli jurnalistlərin suallarını cavablandırmağı iyulun 3-nə təyin etdim. Kimin sualı varsa, həmin gün ünvanlandıra bilər”.

 

 

Müğənni onu da əlavə edib ki, iyulun 3-də sürpriz də təqdim edəcək. Sürprizin nədən ibarət olduğunu isə müğənni söyləməyib: “İlk sürpriz ayın 3-də mətbuat konfransında olacaq. İkinci sürprizi isə iyulun 6-da həyat yoldaşıma edəcəm. Bütün bunların nədən ibarət olduğunu isə tam açıqlamaq istəmirəm”.

 

 

Qeyd edək ki, N. Qafarzadənin iyulun 3-də baş tutacaq mətbuat konfransı saat 16:00-da başlayacaq.

# 670
avatar

Yalçın UĞUR

Oxşar yazılar