Bu gün Nadir Qafarzadənin doğum günüdür. Təəssüratlarını Lent.az-a bölüşən müğənni bildirib ki, ad gününü təmtəraqla qeyd etməyəcək: “Bəzi sənətçi həmkarlarım kimi yaşımı gizlətmək fikrim yoxdur. Bu gün 43 yaşım tamam olur. Həyatımda çox hadisələrin şahidi oldum. Çox insanlar gördüm, pisliklərlə üz-üzə qaldım, amma heç zaman geri çəkilmədim. Hər zaman öz yaxşılığımdan qalmadım. Tanrı hər kəsə öz ürəyinə görə versin. Artıq bir neçə gün öncədən təbriklər, mesajlar, zənglər almışam. Bu il bu ad günümü təmtəraqlı qeyd etmək fikrim yoxdur. Bu gün ad günümü ailəmin, sevdiyim insanların əhatəsində keçirəcəm. Sonda məni təbrik edən hər bir insanlara ayrı ayrılıqda təşəkkürümü bildirirəm. Nə yaxşı ki varsınız”.
Xatırladaq ki, N.Qafarzadə 11 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olub. İlk musiqi təhsilini Nadir Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə alıb. 1989-cu ildə Rusiyanın Murmansk vilayətində həqiqi hərbi xidmətdə olub. Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərib. Bir çox musiqi müsabiqələrinin və mahnı festivallarının qalibi olub. Ailəli olan müğənnin 2 oğlu var. Azərbaycanda yeganə müğənnidir ki, mahnısı “Youtube” şəbəkəsində rekord sayda baxılıb.