Murad Ariflə Zamiqin işbirliyi : “Yeganə”
10 oktyabr 2014 12:18 (UTC +04:00)

Murad Ariflə Zamiqin işbirliyi : “Yeganə”

 

 

Müğənni Zamiq Hüseynov söz və musiqisi aparıcı-bəstəkar Murad Arifə məxsus “Yeganə” adlı bəstəni repertuarına daxil edib. Lent.az-a açıqlama verən M. Arif Zamiqlə işbirliyi barəsində bu sözləri söyləyib: “Adətən mahnını yazıram, daha sonra onu kimin ifa edəcəyini düşünürəm. Bu mahnını yazandan sonra onu ifa edəcək ifaçı olaraq ağlıma Zamiq gəldi. Zamiq hər zaman məndən ritmik, çılğın mahnılar gözləyir. Amma nə edək ki, qismətinə ritmik mahnı düşmür. Bəstəni ilk olaraq Zamiqə göstərdim, qulaq asan kimi bəyəndi. Ümid edirəm ki, dinləyicilərin də xoşuna gələcək. Hər halda həzin bir payız nəğməsidir”.

 

Qeyd edək ki, M.Ariflə Zamiqin ilk işbirliyi 2011-ci ildə “O mənə inanır” mahnısı ilə olmuşdu.

 

 

 

# 784
avatar

Yalçın UĞUR

Oxşar yazılar