Müğənnidən "yox" cavabı alan əməkdar artist qız axtarır
08 oktyabr 2014 10:59 (UTC +04:00)

Müğənnidən "yox" cavabı alan əməkdar artist qız axtarır

Əməkdar artist Teymur Əmrah evlənmək istəyir. Lent.az-ın məlumatına görə, "Xəzər" telekanalında verilişlərin birində qonaq olan ifaçı deyib ki, o, ailə qurmaq üçün xanım tapa bilmir: “Bilirsiniz mən pis insan deyiləm. Sadəcə xaraktercə vasvasıyam. Kaprizlərimi hər qadın çəkə bilməz. Ona görə də ailə qurmağa qız tapa bilmirəm. Məsələn, mənim evimə indi gələn olsa, bir dənə də toz tapa bilməz, təmizkaram. Düşünürəm ki, ailə quracağım xanım mənlə mübahisə etməməlidir. Biri var musiqidə duet, biri də var ki, ər-arvadın dava dueti. Mən 2-ci dueti sevmirəm. Məni tanıyan insanlar az müddətdə sevməyə başlayırlar. Çünki reallığı çox sevirəm”.

 

T.Əmrah daha sonra əməkdar artist Gülyaz Məmmədovaya elçi düşməsindən söz açıb: “Gülyazı uşaq vaxtlarımdan sevirəm. Amma o ailə qurmağa tələsdi. Hətta ona elçi də düşmüşdüm. Dedim ki, Gülü sənin də evin var, mənim də. Bir oğlun var, gəl ailə quraq. Amma onun mənə cavabı bu oldu. “Mən səni başqa cür çox istəyirəm”. Ona görə də bizdə alınmadı”. 

# 2514
avatar

Yalçın UĞUR

Oxşar yazılar