“Göyçək” ləqəbi ilə tanınan rəqqasə Fatimə Fataliyeva şou nümayəndələrini bir araya yığaraq klip çəkilişlərinin hazırlığına başlayıb.
Lent.az-ın məlumatına görə, Azərbaycanda ilk dəfə həyata keçiriləcək layihənin növbəti hazırlıq prosesində müğənnilər Ramal İsrafilov, Roza Zərgərli, Aysel Əlizadə, Xəyyam Nisanov, aşıq Samirə, aparıcı Nanə Ağamaliyeva və digərləri rəqs öyrəniblər.
Onu da əlavə edək ki, klip hazır olduqdan sonra paytaxt məkanlarının birində möhtəşəm təqdimat mərasimi keçirilməsi nəzərdə tutulub.
Türkiyənin tanınmış rejissoru Barış İşçinin ekranlaşdıracağı klipdə Azərbaycanın 20-yə yaxın tanınmış siması rol alıb. Klipdə əsas rolları rəqqasə Fatimə ilə müğənni Ramal İsrafilovun canlandıracağı proyektdə Könül Kərimova, Nadir Qafarzadə, Nanə Ağamalıyeva, Roza Zərgərli, Rəfael-Coşğun, Elnur Məmmədli (idmançı), Günay İbrahimli, Zaur Kamal, Tolik, Sevda Yəhyayeva, Almaz Ələsgərli, Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Namiq Qaraçuxurlu, Kərim və başqaları ifa edəcəklər.
Yalçın Süleymanov