Məşhur müğənni baş nazirə müraciət etdi
17 aprel 2014 17:26 (UTC +04:00)

Məşhur müğənni baş nazirə müraciət etdi

Türkiyənin tanınmış müğənnisi Petek Dinçöz “Söylemezsem olmaz” proqramında köhnə həyat yoldaşı Can Tanrıyarın ona hədə-qorxu gəldiyini və şantaj iddia edib. Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, veriliş zamanı şəxsi həyatından danışan ifaçı göz yaşlarına hakim ola bilməyib. O, baş nazir  Rəcəp Tayyib Ərdoğana müraciət ünvanlayıb:

 

“Bilirəm, heç kim mənə sahib çıxmayacaq. Amma yenə də yalvarıram, məni bu dərddən qurtarın. Bu günə qədər qadınlar haqqında verilişlər aparmışam, onların dərdlərini dinləmişəm. Mənim başıma gələnlər bir çox məşhurun başına gəlib. Amma onlar canlarını qurtarıblar. İndi isə yollarına davam edilər.

Amma mən çarəsizəm. Mənə təzyiqlər olur, baş nazirə səslənirəm, keçmiş həyat yoldaşım Can Tanrıyarın telefonlarını dinləsinlər. O zaman hər şey məlum olacaq. Həyatımda sevgilim Abdullah vardı, istədim ki, insanlar məni başa düşsün. Ayrılmışdıq, yenidən barışdıq. Lakin bu münasibətin necə olacağını bilmirəm. Can haqqımda çıxardığı xəbərlərlə münasibətimi korlayır”.

 

Qeyd edək ki, P.Dinçözün keçmiş əri olan Can Tanrıyarın bir müddət öncə əlində Pətəkin porno-videosu olduğunu iddia etmişdi. Məşhur müğənni isə videodakı xanımın özü olmadığını açıqlamışdı.

# 2725
avatar

Yalçın UĞUR

Oxşar yazılar