Bir müddət öncə 150 minlik avtomobili ilə müzakirələrə səbəb olan mərhum ifaçı Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı maraqlı addım atıb. Lent.az-a açıqlama verən gənc müğənni bildirib ki, özünə xarici ölkədən 5 min manatlıq ceyran gətizdirib: “Həyatda ürəyim istəyən hər şeyə nail oluram. Xeyli müddət idi istəyirdim ki, ceyranım olsun. Bu günə qədər şou-biznesdə hələ ki, heç kimin ceyranı olmayıb. Heyvanlara sevgim sonsuzdur. Bağ evində yaşadığıma görə, ceyrana özüm qulluq edəcəyəm. Bəlkə bir çoxlarına qəribə gələcək, amma ceyrandan sonra özümə timsah alacam. Yaxınlarım artıq deyirlər ki, bağ evini heyvanxanaya çevirəcəksən. Amma nə edim ki, bu da mənim istəyimdi”.