Opera və vokal ifaçısı Lətifə Soyuöz Azərbaycan dövlət Filarmoniyasında konsert verib.
Lent.az-ın məlumatına görə, aparıcı Azər Süleymanlının təqdimatı ilə səhnəyə dəvət olunan solist yeni bəstələri bir-birinin ardına düzüb. Bir neçə mahnını ifa etdikdən sonra fasiləyə yollanan ifaçıdan sonra səhnəyə xalq artisti Faiq Ağayev, müğənni Rəhim Rəhimli və şair Baba Vəziroğlu çıxaraq, Lətifənin ünvanına xoş sözlər söyləyiblər.
Daha sonra tamaşaçıların alqışları ilə yenidən səhnə alan müğənni sonda sürpriz vəd etdiyi musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus “Sən elə bir zirvəsən” adlı mahnını rəqs qrupunun müşayiəti ilə fərqli bir tərzdə oxuyub.
Sonda konsert tamaşaçıların alqışları ilə yekunlaşıb.
L.Soyuöz təəssüratlarını Lent.az-la bölüşüb: “Bu gün çox həyəcanlı idim. Çünki bu gecə üçün çoxdan hazırlaşmışdım. Bu günə kimi insanlar məni opera, vokal, rok janrında görmüşdülər. Bu gün isə tamam fərqli, 6-8 ritmdə ifa etdiyim mahnıları oxudum. Repertuarımda bu cür mahnıların da seviləcəyinə inanıram. Ən sonuncu ifa etdiyim “Sən elə bir zirvəsən” bəstəni isə illərdir ki, ifa etmək istəyirdim. Lakin bunun üçün hələ ki özümü hazır hiss etmirdim. Amma son illərdə isə bu mahnını repertuarıma daxil etməyi lazım bildim. Bu mahnını bir çox tanınmış müğənnilərimiz oxuyub. Hərəsi öz ifası ilə bu mahnıya rəng qatıbr. Düşünürəm ki, məndə də pis alınmayıb”.