Lalə Məmmədova: <b>“Yolumu kəsənlər var"</b>
22 oktyabr 2014 13:20 (UTC +04:00)

Lalə Məmmədova: “Yolumu kəsənlər var"

“Sinirlərim pozulub, efirə baxa bilmirəm”. Lent.az-ın məlumatına görə, bu sözləri “Xəzər" TV-də yayımlanan “Hər şey daxil” verilişində əməkdar artist Lalə Məmmədova deyib: “Səhər yuxudan duran zaman günə yaxşı, pozitiv başlamaq istəyirsən. Oyanırsan, televizoru açırsan ki, nəsə xəbər eşidəsən. Salam verməmiş, dava-dalaşdan danışırlar. Anlayıram ki, dünyada sülh deyil, davalar gedir. Haradasa bombalar, partlayışlar var. Amma bunu niyə xəbərin əvvəlində verirsiniz? Xoş xəbərləri isə sonda deyirlər. Açığı, efirlərimizə baxmıram. Xəbərləri ancaq saytlardan oxuyuram. Buna görə də məni evdə çox danlayırlar”.

 

 

Əməkdar artist daha sonra şou-biznesdə onun yolunu kəsənlərdən danışıb: “Təbii ki, mənim də yolumu kəsənlər olub. İndi də var. Bu bəzən insana bir stimul verir. Amma mən həmin insanlara o qədər də əhəmiyyət vermirəm. Pislik ediblərsə, canları sağ olsun. Ümumiyyətlə, şou-biznesin qayda-qanunlarına əməl etməyən insanlardanam. Mən öz həyat prinsiplərimlə yaşayıram. Bu, kimlərinsə xoşuna gəlir, kimlərinsə yox”. 

# 1509
avatar

Yalçın UĞUR

Oxşar yazılar