Kamil həbs xəbərindən danışdı:<span style="color:red;"> "Mən o qədər qudurmamışam"
01 avqust 2014 11:30 (UTC +04:00)

Kamil həbs xəbərindən danışdı: "Mən o qədər qudurmamışam"

 

Müğənni Gülay Zeynalovanın həyat yoldaşı, idmançı Kamil Zeynalov  həbs olunması xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən idman ustası deyib ki, o, polisə əl qaldırmayıb: “Təxminən 4-5 gün bundan öncə məni polis saxlamışdı. Aramızda mübahisə oldu. Lakin mən ona əl qaldırmamışam. Mən o qədər qudurmamışam ki, dövlət işçisinə, polisə əl qaldırım. Sadəcə mübahisəmiz oldu. Sonra anlaşdıq. Əl qaldırmağım xəbəri isə şayiədən başqa bir şey deyil”.

 

Qeyd edək ki, mətbuatda idmançının Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında olması barədə xəbər dərc olunub. Məlumatda bildirilir ki, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun “Hummer” markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və  bir də onun avtomobilini saxlamamağı tapşırıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4503
avatar

Yalçın UĞUR

Oxşar yazılar