Bu il ilk dəfə İtaliyanı Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək 59-cu “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi ənənəvi “San Remo” Festivalının iştirakçıları arasından deyil, daxili seçim turundan sonra məlum olub.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hər il ənənəyə görə “San Remo” festivalının qalibi bu hüququ qazanırdı. Bu il isə istisna olub. Belə ki, İtaliyanın İctimai Televiziyası “Eurovision-2014” Mahnı Müsabiqəsindəki təmsilçisinin Emma Marone olacağını bəyan edib.
Qeyd edək ki, İtaliya, “Eurovision” yarışmasının “böyük beşliyi”nə daxil olduğu üçün, ölkə təmsilçisi birbaşa finalda çıxış edəcək.