Müğənni Rəqsanə İsmayılova Türkiyədə ikinci klipini çəkdirib. Bu barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, onun yeni ekran işini türkiyəli rejissor Teoman Topcu ekranlaşdırıb: “Hazırda Türkiyədəyəm. Başım klip çəkilişlərinə qarışıb. Klipi hansı mahnıya çəkdirdiyimi öncədən söyləmək istəmirəm. Sadəcə sürpriz olsun. Bir neçə gün sonra Bakıya qayıdıram. Bakıya qayıdan zaman bir neçə sürprizimi açıqlayacam. Klip çəkilişlərinə gəlincə, çox gözəl bir ekran işi hazırlanır. Düşünürəm ki, mahnını və klipi hər kəs bəyənəcək”.
Xatırladaq ki, müğənni hansı mahnıya klip çəkdirəcəyini gizli saxlasa da, aldığımız məlumata görə, Rəqsanə ikinci klipini türkiyəli ifaçı Selami Şahinin bəstəsinə çəkdirir.
Qeyd edək ki, Rəqsanənin bundan öncə Türkiyədə ekranlaşdırdığı klipi səs-küyə səbəb olmuşdu. Müğənni “Alma məndən gözlərini” adlı klipinin çəkilişləri zamanı ispaniyalı model Karlos Martinlə hovuza girmişdi.