Əməkdar artist Tünzalə Ağayeva avqustun 23-də intihar etmiş duet ortağı, bəstəkar-müğənni Sura Əsgərlinin şeirini sevənləri ilə bölüşüb.
Lent.az-ın məlumatına görə, əməkdar artist mərhum ifaçının ona hədiyyə etdiyi şeirini “facebook” səhifəsində paylaşaraq, bu şərhi yazıb:
“Suranın mənə hədiyyə etdiyi şeir dəftərindən bir parça. Rəbbim məkanını cənnətlik etsin”.
Heç nə gözləmədən yaşayacaqsan!
Bir tikə çörək, bir bardaq çay
Bəs edəcək sənə bir günlük yaşamaq üçün.
Həç nə gözləmədən yaşayacaqsan
Tanrıdan bir parça sənsənmiş kimi
Üsyan etmədən bir özgəsinə.
Özünü mükəmməl və sonsuz hiss edərək.
Bağışlayaraq içindəki gücü özünə
Əfv edərək bütün səhvləri və hüzünləri
Səmimi bir təşəkkür edərək öz əksinə güzgüdə,
Gözlərinin dərininə sevgiylə ,baxacaqsan!
Yaşayacaqsan!
Heç nə gözləmədən yaşayacaqsan!
Ən yaxın dostları belə!
Öncə sən sevgini verəcəksən ona
Sonra alacaqsan.
Bir sevgilinmi olacaq
Yenə gözləməyəcəksən heç nə.
Sən öncə özünlə xoşbəxt olacaqsan.
Özünə yetməyi bacaracaqsan,
Onun varlığına bağlansan əgər
Yarımçıq qalacaqsan.
Sən yalnız sən olduqca
O da yanında var olacaq.
Heç nə gözləmədən yaşayacaqsan!....
Onu da əlavə edək ki, bu gün mərhumun üç mərasimidir. Bu barədə Lent.az-a T.Ağayeva məlumat verib.