Ötən gün “ATV”nin "Nə Varsa" proqramının aparıcısı İlhamə Bədəlovanın nişanı olub. Lent.az-ın məlumatına görə, aparıcı Türkiyədə yaşayan azərbaycanlı Murat Fətullahla (Fətullayev) nişanlanıb. Paytaxt restoranlarının birində keçirilən nişan mərasiminə şou-biznesin bir çox tanınmış simaları dəvətli olub. Onlardan xalq artisti İlhamə Quliyeva, müğənnilərdən Nadir Qafarzadə, Elnarə Xəlilova, Xatun Əliyeva, Sevda Yahyayeva, Rəhim Rəhimli, Nazənin, “Göyçək” Fatimə (Fətəliyeva), prodüser Tolik (Tarix Əliyev), tele-aparıcılar Zaur, Günay Baxşəliyev, Zabir Əliyev və başqaları da ziyafətə dəvətli olub.
Qeyd edək ki, İ. Bədəlovanın ailə qurmağa hazırlaşdığı M. Fətullayev Türkiyədə "Azəri oğlu” ləqəbi ilə tanınır. O, 1984-cü ildə Azərbaycanda doğulub. Türkiyədə "Kurtlar vadisi”, "Adanalı”, "Arka sokaklar”, "Suç dosyası”, "Sınav” seriallarında rol alıb. Bundan əlavə, Türkiyənin "Mixx TV” telekanalında əyləncəli verilişin aparıcısı olub.
Nişan mərasimindən olan şəkilləri təqdim edirik.