Xalq artisti Flora Kərimova və gənc müğənni Rövşən Civişov Niderlanda konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, onlar ilk öncə Niderland Krallığında “Beniluks” Azərbaycan Konqresinin yeni yaranmış iki təşkilatının təqdimetmə mərasiminə qatılıblar. Həmin tədbirin ikinci hissəsində isə F.Kərimova ilə R.Civişovun konserti baş tutub.
R.Civişvun sözlərinə görə, konsert zamanı o, Azərbaycan musiqisini Avropada təmsil etdiyinə görə, 1-ci dərəcəli fəxri fərmana layiq görülüb. F.Kərimovaya isə “Qızıl səs” mükafatı verilib.
Onu da əlavə edək ki, Tədbir Niderland Krallığının Rotterdam şəhərində təşkil olunub.
Qeyd edək ki, mərasimdə Azərbaycan və türk diasporunun üzvləri, diplomatlar, rəsmilər, mətbuat və yerli xalqın nümayəndələrinin iştirak edib. Səfər “Beniluks” Azərbaycan Konqresinin prezidenti Sahil Qasımovun dəvəti ilə baş tutub.